• $
  • €
  • ₽
  • ₺
  • £

Dini Komitədə kadr DƏYİŞİKLİYİ

Dini Komitədə kadr DƏYİŞİKLİYİ
03.08.2015 14:49
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni kadr təyinatı olub.

"Report”un xəbərinə görə, Oqtay Hüseynov Aparat rəhbəri vəzifəsindən çıxarılıb. Onun yerinə isə Alim Süleymanov təyin edilib. Alim Əli oğlu Süleymanov bu təyinata qədər DQİDK-də Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, A.Süleymanov 22 sentyar 1955-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-1983-cü illərdə təyinatla Zəngilan rayonu Mincivan qəsəbə səkkizillik məktəbində tarix müəllimi işləyib. 1983-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim vəzifəsində çalışıb, Universitet Elmi Şurasının üzvü olub.

1986-1990-cı illərdə BDU-da aspiranturada qiyabi təhsil alıb. 1997-2000-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu "Humanitar fənlər” kafedrasında, 2000-2014-cü illərdə ADİU-nun "Azərbaycan tarixi " kafedrasında baş müəllim işləyib.

2014-cü ilin sentyabr ayından 2015-ci ilin iyul ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol