Azərbaycan vətəndaşı 4500 manatını zibilliyə atdı

Tullantıların arasından müxtəlif növ silah, qızıl əşyalar, müxtəlif sənədlər və digər dəyərli əşyaların tapılması sizə məlumdur.
Oxu.Az-a "Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, bu dəfə isə vətəndaş təxminən 4500 manatını zibilliyə atıb, amma xoşbəxtlikdən pul sahibinə geri qaytarılıb.
Belə ki, qurumdan verilən məlumata görə, bu dəfə vətəndaş E.Məmmədovun müraciəti əsasında və aparılmış araşdırmalar nəticəsində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun qəbul məntəqəsində vətəndaşa məxsus 4300 AZN və 200 ABŞ dolları (209 manat) məbləğində pul bağlaması aşkar olunmuş və aktlaşdırılaraq vətəndaşa qaytarılıb.
ASC vətəndaşlara diqqətli olmağı tövsiyyə edir və bildirir ki, xərclədiyimiz və xərcləmədiyimiz pulları tullantıya çevirməyək!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























