• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobusu qapısı açıq halda idarə edən sürücüləri hansı cəza gözləyir?

Avtobusu qapısı açıq halda idarə edən sürücüləri hansı cəza gözləyir?
03.08.2015 17:43
"Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasına, yəni nəqliyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə, qanunvericilikdə nəqliyyat vasitəsinin sürücülərinə 40 manat miqdarında cərimə nəzərdə tutulur”.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, təssüflər olsun ki, bu gün şəhər daxili, eləcədə qəsəbələrə işləyən bəzi avtobusların sürücüləri hava temperaturunun yüksək olmasını əsas gətirərək bəzən avtobusu həm qabaq, həm də axra qapısı açıq vəziyyətdə idarə edirlər:

"Bəzən açıq qapıların yanında ayaqüstü sərnişinlər də dayanır. Sürücülər bilməlidir ki, bu da nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması kimi müəyyənləşdirilir”.

K.Əliyev bildirib ki, sürücülər təkcə cəriməyə görə yox, daşıdığı insanların həyatının təhlükəsizliyi baxımından da qapıları açıq qoymamalıdırlar: "Hər halda istiyə 5-10 dəqiqə dözmək olar, amma təhlükəsizlik, insan həyatı daha vacibdir”.

K.Əliyev vurğulayıb ki, sürücülər də öz məsuliyyətlərini dərk etməlidirlər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol