• $
  • €
  • ₽
  • ₺
  • £

“Zığ sürüşmə zonasında təhlükə günbəgün artır”

“Zığ sürüşmə zonasında təhlükə günbəgün artır”
04.08.2015 16:26
"Zığ sürüşmə zonasında təhlükə günbəgün artır. Həmin ərazidə kanalizasiya sularının axıdılması üçün quyular qazılıb ki, bu da sürüşmə prosesinə təsir edir. O cümlədən də həmin zonadakı süxurlar həddən artıq zəifdir, çox bərkiməyib. Su dəyəndən sonra tamamilə yumşalır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, Zığ sürüşmə sahəsində sürüşmənin qarşısını almaq üçün hər hansı hamarlama işləri, divar çəkmək mümkün deyil: "Biz də təklif etmişik. Orada yaşayan əhali mütləq köçürülməlidir. Ötən ay Zığ 1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,07-0,17 sm olan yeni çatlar əmələ gəlib və ayrı-ayrı hissələrdə, lokal sürüşmə sahələrində aktivləşmələr müşahidə olunub”.

Baş geoloqun sözlərinə görə, Bakı ətrafında olan sürüşmə sahələri üç təsnifata bölünüb: "Bakı ətrafında olan sürüşmə sahələrini üç təsnifata bölmüşük. Birinci tektonik qırılmalar, ikinci ekzogen geoloji proseslər və üçüncü texnogen proseslərlə əlaqədar olan sürüşmələr sahələridir. Zığ yamacındakı sürüşmə tektonik qırılmalarla əlaqədar olan sürüşmə sahəsidir. Həm də oradan iri tektonik qırılma keçir. Zığa sonradan əhalinin köçməsi, çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən proses daima aktivləşir. Orada yaşayış mümkün deyil”.

Ə. Piriyev əlavə edib ki, Əhmədlidə "Ukrayna” meydanı ərazisindəki sürüşmə sahəsi texnogen proseslərlə əlaqədar aktivləşir: "Burada kanalizasiya borularının partlamasının təsiri nəticəsində sürüşmə sahəsi aktivləşir. Əgər "Ukrayna” meydanındakı sürüşmə sahəsində suvarma aparılmasa, kanalizasiya boruları partlamasa, orada sürüşməni stabil saxlamaq olar”.

Baş geoloq qeyd edib ki, Günəşlidə Kərpic Zavod ərazisindəki sürüşmə sahəsinə Əhmədli tərəfdən müəyyən su axını baş verir: "Orada göl əmələ gəlib. Atmosfer çöküntüləri də artdıqca müəyyən aktivlik olur. Həmin ərazidə gil süxurları ilə əhəng daşları da bir-biri ilə təmasa girirlər. Burada sürüşmə sahələri daha çox ekzogen geoloji proseslərlə əlaqədar yaranır”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol