• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 65 mindən çox piyada cərimələndi

Bakıda 65 mindən çox piyada cərimələndi
29.05.2020 09:07
Bakıda ilin əvvəlindən polis tərəfindən 65832 piyada cərimələnib.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin piyadaların hüquq məsələsini tənzimlədiyini qeyd edən V. Əsədov bildirdi ki, bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, onlar saxlanılır və məsuliyyətə cəlb edilir.

Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb:

"100-dən artıq polis əməkdaşımız həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də kütləvi piyadaların saxlanılaraq cərimələnməsi piyada vurma ilə nəticələnən qəzaların sayına təsir edib. Yəni piyadaların nizam-intizamın yüksəldilməsi, yollarda təhlükəsiz davranışlarının qorunması və beləliklə də yol hərəkətində mədəniyyət səviyyəsinin artırılması, şüur səviyyəsinin yüksəldilməsi istənilən halda hadisələrin sayının aşağı düşməsinə təsir göstərir”.

Piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalması istiqamətində polislə yanaşı vətəndaşların da üzərinə böyük məsuliyyətin düşdüyünü deyən polkovnik vurğuladı ki, bunun üçün hər bir evdə bu barədə tərbiyəvi iş aparılmalıdır.
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol