• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda alim özünü doğradı

Azərbaycanda alim özünü doğradı
07.08.2015 12:21
AMEA-nın Neftkimya Prosesləri İnstitutunun əməkdaşı Mağrub Bədəlli bir neçə gün əvvəl özünə xəsarət yetirməsi ilə bağlı məsələyə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, hazırda Şəkidə reabilitasiya kursu keçdiyini bildirən M.Bədəlli özünü evə görə öldürmək istəmədiyini deyib: 

"Bəri başdan deyim ki, özümü öldürmək istəyimin mənzil növbəsi ilə bağlı olmasının və bununla bağlı yalan bilgi verilməsinin özü saxtalıqdır. Torpağımıza təcavüz olunan ilk gündən AMEA-nın Yasamaldakı yataqxanasından döyüşə gedib AMEA üzrə yeganə Qarabağ əlili olmuşam. İşlər İdarəsi elmlər doktoru həyat yoldaşımı 2-3 yaşlı iki körpə uşaqla yataqxanadan çıxarıb, oranı AMEA-ya aid olmayanlara icarəyə verib. 

Ailəm isə qardaşımın evinə sığınıb. İndi AMEA həmin yataqxanadakılar üçün ev tikir. Mənə isə işlər müdirinin müavini Sərdar Əliyev zəng edib mənzil verilməyəcəyini bildirib. Buna etiraz edəndə isə işlədiyim Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna 17 iyun 2014-cü ildə gələrək əlində kompromatlar olduğunu, bir neçə evimin olduğunu bildirib. Bunların saxta olduğunu, belə məlumatların toplanmasının cinayət məsuliyyəti daşıdığını başa salanda isə "döyüşlərdə olmadığımı, saxta əlillik dərəcəsi aldığımı” deyərək məni təhqir edib”.
 
M.Bədəlli əlavə edib ki, ev tələbinin müxtəlif dairələrdə qəbul olunmamasının təsiri altında AMEA prezidentinə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib: "Eyni zamanda 102-yə və 161-ə 16.07.2015-də zəng edib, rüşvət vermədiyimə görə təhqir olunmağımdan və 01.08.2015-ə kimi qəbul olunma hüququm təmin olunmasa, 31.07.2015-də AMEA-nın İstiqlaliyyət küçəsində yerləşən binasının qarşısında özümü öldürəcəyimi açıqladım. 

Ağdamın işğalı günündə - 23.07.2015-də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində izahatımı alanda da qanuni sənədlərimi əlavə edib, intihar barədə də bilgiləndirdim. 

Qısaca intihara sürükləyən nədənlər bundan ibarətdir. 31.07.2015-də AMEA prezidentinin köməkçisinə bir neçə dəfə zəng etsəm də, dəstəyi götürən olmadı. Qəbul olunma hüququm təmin olunmadığına görə AMEA-nın qarşısına gedib,özümü orada öldürəcəyimi və baiskarların adını deyib, yola düşdüm. Saat 15-15-də AMEA-nın binasına girib, daxili telefonla köməkçiyə zəng edib, özümü indi binanın qarşısında öldürəcəyimi dedim. 

15 dəqiqəlik "Qarabağda döyüşdə ölmədim, indi burada öləcəyəm” fikri ilə o yan-bu yana gedəndən sonra özümlə gətirdiyim ülgüclə sol biləyimin şah damarını kəsməyə başladım. Bu zaman qapının ağzında olan mühafizə polisi yardımıma yetişib, cəld təcili yardım çağırdı. 102-yə özüm zəng etmişdim və barəmdə öləndən sonra yalan bilgi verilməməsini diləmişdim".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol