• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqlara qoyulan adların yeni siyahısı hazırlandı

Azərbaycanda uşaqlara qoyulan adların yeni siyahısı hazırlandı
10.08.2015 16:07
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb.
 
Bu barədə "Report"a komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxandan sonra ictimaiyyətə açıqlanacaq: "Mövcud siyahı Ədliyyə Nazirliyindən alınıb. Belə ki, hər gün yeni adlar qoyulur və bu yeni adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək. Komissiyanın təsdiqindən sonra siyahı Ədliyyə Nazirliyinə qaytarılacaq".

Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb: "Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansabl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq".

Övladına ad qoymağın hər bir vətəndaşın hüququ olduğunu deyən S.Sadıqova hesab edir ki, valideynlər övladlarına ad qoyanda çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: "Valideyn özündə məsuliyyət hiss etməlidir  və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır".

Son dövrdə türk mənşəli, "Dədə Qorqud" dastanından gələn adların qoyulmasını müsbət hal kimi dəyərləndirən S.Sadıqova bildirib ki, bu, maarifləndirmənin nəticəsidir: "Hazırda valideynlər uşaqlarına "Hacı, Əfəndi" ilə başlayan ikipilləli adlar qoymur. Ancaq bəzi hallarda babada, nənədə varsa, bu cür adların qoyulmasını təkid edirlər".

O bildirib ki, siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir: "Qəti qadağan etməklə deyil, maarifləndirməklə mənası olmayan, gülüş doğuran və iki-üçpilləli adların qoyulmasının qarşısını almaq lazımdır".


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol