• $
  • €
  • ₽
  • ₺
  • £

Ana: Cavid özü Rasimi aldadıb, görüşə çağırdı...

Ana: Cavid özü Rasimi aldadıb, görüşə çağırdı...
10.08.2015 15:55
Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər. 

Bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin anası Seyfurə Əliyeva deyib. 

Cavid Hüseynovun Rasimin ölümündən xəbərsiz olmasını deməsinə münasibət bildirən Seyfurə Əliyeva bunun yalan olduğunu deyir:

"Cavid həmin adamları tanıyır. Rasimi aldatdılar. Cavid özü Rasimi aldadıb, görüşə çağırdı. Ayrı-ayrı adamlar Rasimə zəng edirdi. Rasim dedi ki, zəng edənlərdən biri özünü Cavidin bibisioğlu kimi təqdim edib. Biri də deyib ki, adı Vüsaldır. Cavid onları Rasimlə görüşə göndərmişdi. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər”.

S.Əliyeva oğlunun döyülməsi haqda bunları danışdı:

"Rasimi çatan kimi vurublar. Namərd insanı arxadan vurar. Pul qabını və telefonunu da götürüblər. Mənə dedi ki, yerə yıxıldım, ancaq ayaqlarını görürdüm. Rasim dedi ki, azı 6 nəfər idilər”.

Cavid Hüseynovun xəstəxanada Rasimi ziyarət etməsindən də danışan S.Əliyeva bildirdi ki, həmin vaxt oğlunun yanında dostu Aydın olub:

"Cavid xəstəxanaya gələndə mən evdə idim. Yanından bir az olar çıxmışdım. Dostu Aydın Rasimin yanında idi. Sonra mən Rasimlə telefonda danışdım. Mənə dedi ki, Cavid və "Qəbələ” klubunun meneceri gəlmişdi. Ondan üzrxahlıq ediblər. Cavid deyib ki, onun döyülməsindən xəbərsizdir və həmin adamları tanımır. Ətraflı danışmaq istədim. Rasim dedi ki, yanına gələndə danışarıq”.

S.Əliyeva sosial şəbəkələrdə Cavid Hüseynovun ailəsini tanımaları, onlarla tanışlıqlarının olması və Cavidin atası ilə sinif yoldaşı olması haqda yayılan məlumatlara da münasibət bildirdi:

"Biz Cavidin ailəsini tanımırıq. Heç bir qohumluğumuz da olmayıb. Bizim əslimiz də Cəbrayıldandır. Ancaq onları tanımırıq. Yalan yazırlar. Nə bir əlaqəmiz, nə də bir tanışlığımız var”. 

Qeyd edək ki, Cavid Hüseynov 9 mart  1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Cavid Hüseynov şəhid Şakir Abbasovun oğludur. Futbolçunun atası Şakir Hüseyn oğlu Abbasov 1993-cü ildə  Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.  

Xatırladaq ki, ölən jurnalist Rasim Əliyev Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olub və onun polisə təslim olduğu bildirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol