• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda IV Moto Festival başlayır

Azərbaycanda IV Moto Festival başlayır
10.08.2015 17:19
Azərbaycanın ən qədim şəhəri yenidən öz qapılarını dünyanın dörd bir yanından gələn baykerlərin üzünə açır. 

Oxu.Az xəbər verir ki, 28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Moto festivalı baş tutacaq. 

Festival "Harley Davidson” "Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Hər il olduğu kimi bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şouları hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli "Lady Qaqa”, "Elvis Presli”, "Beatles”, "Kiss” qruplarının "tribute”ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin coşduran musiqiləri ilə davam edəcək.

Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.

Moto festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Bir sözlə, Moto festival bol əyləncə, "test ride”, adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür. 

Festival Şəki Olimpiya Kompleksində təşkil olunacaq. Festivalda iştirak pulsuzdur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol