• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 şagird narkotik cinayətinə görə məsuliyyətə cəlb edildi

Azərbaycanda 2 şagird narkotik cinayətinə görə məsuliyyətə cəlb edildi
10.08.2015 17:59
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatları açıqlayıb.

 Dövlət Komissiyasından "Report”a bildirilib ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilib. Onlardan 566-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 465 kq 331,557 qr marixuana, 109 kq 129,065 qr tiryək, 38 kq 328,239 qr heroin, 41 kq 202,591 qr həşiş, 3 kq 710,14 qr psixotrop maddələr və digərləri o, cümlədən 443 kq 185,690 qr cətənə kolu təşkil edib.

Həmçinin, "Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 90 ton 278 kq 60 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Cinayət məsuliyyətinə 1251 nəfər cəlb edilib ki, onlardan 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-ı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1068-i işləməyənlər, 1199-u kişilər, 11-i qadınlar, 39 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Əcnəbilərdən 17-si İran İslam Respublikası, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya Federasiyası, 2-i Ukrayna, 1-i Türkmənistan Respublikasının vətəndaşı olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol