• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 nə ilə yadda qaldı? - TƏHLİL

COP29 nə ilə yadda qaldı?  - TƏHLİL
25.11.2024 09:46

BMT-nin bu ilki iqlim sammiti, iki həftəlik gərgin danışıqlardan sonra, təyin edilən müddətdən iki gün keçsə də, iqlim maliyyələşdirilməsi ilə bağlı razılaşma ilə nəticələnib. 

Bakıda, Azərbaycanın paytaxtında keçirilən COP29 sammitindən əsas məqamlar.


İQLİM ÜÇÜN PUL AZDIR


Sammitin əsas gündəliyi – qlobal iqlim maliyyələşdirilməsi üçün yeni illik hədəfin müəyyən edilməsi – ölkələr arasında iki həftəlik müzakirələrə səbəb oldu.

2035-ci ilə qədər illik 300 milyard dollar məbləğində razılaşma əldə olunsa da, bir çox inkişaf etməkdə olan ölkələr bu məbləğin yetərsiz olduğunu bildirdi.
Onlar həmçinin 2035-ci ilə təyin edilən  son tarixin dünyanın təmiz enerji keçidini gecikdirəcəyi barədə xəbərdar etdilər.

Bəzi ölkələr, o cümlədən Hindistan, zəngin ölkələri məsuliyyəti inkişaf etməkdə olan ölkələrin də boynuna yıxmağa çalışmaqda tənqid etdilər. 


TRAMPIN SEÇİLMƏSİ  SAMMİTİN  GEDİŞİNƏ TƏSİR EDİB


Donald Tramp hələ vəzifəyə başlamasa da, 5 noyabr prezident seçkilərində iqlim skeptikinin qələbəsi COP29-un atmosferini pozdu.


Tramp ABŞ-ı qlobal iqlim səylərindən çıxaracağına söz verib və enerji naziri vəzifəsinə iqlim skeptikini təyin edib.

ABŞ tarixi olaraq iqlimi ən çox çirkləndirən  və iqlim dəyişikliyindən ən çox məsul olan ölkə kimi COP29-da az rol oynadı və maliyyə hədəfinin müəyyənləşdirilməsində səylərini məhdudlaşdırdı.


KARBON KREDİTLƏRİNƏ YAŞIL İŞIQ


Təxminən onillik bir müddətdən sonra karbon kreditləri üçün qaydalar dəsti hazırlanaraq qəbul edildi və ölkələrə emissiyalarını kompensasiya etmək və ya karbon bazarında ticarət aparmaq üçün bu kreditlərdən istifadə imkanı yaradıldı.

Reyestr quruluşu və şəffaflıq öhdəliklərinin daha artıq  işlənməsinə ehtiyac olsa da  bu razılaşmanın  qəbul ediləməsi və iqlim mübarizəsinə milyardlarla dollar cəlb etməsi gələcək üçün ümid yaratdı. 


İllərlə davam edən iqlim razılaşmalarına baxmayaraq, ölkələr həyəcan təbili çalaraq istixana qazı emissiyalarının və qlobal temperaturun artmaqda davam etdiyini bildirdi.


Həmçinin, ekstremal hava şəraiti ölkələri daha da ağır vəziyyətə salır, bu da iqlim dəyişikliyi ilə mübarizənin sürətini azaldır. 2024-cü il indiyədək ən isti il kimi qeydə alına bilər, çünki iqlim dəyişikliyinin təsirləri isə gözləniləndən daha sürətli yayılır.

Afrikada genişmiqyaslı daşqınlar minlərlə insanın ölümünə və milyonlarla insanın aclıqla üzləşməsinə səbəb olub. Asiyada ölümcül torpaq sürüşmələri kəndləri məhv edib. Cənubi Amerikada quraqlıq çayların – mühüm nəqliyyat yollarının – qurumasına və dolanışıq vasitələrinin məhv olmasına, İspaniya və ABŞ-da yağışların yaratdığı daşqınlar yüzlərlə insanın ölümünə və milyardlarla dollar iqtisadi zərərə səbəb olub.


TİCARƏT GƏRGİNLİKLƏRİ


İnkişaf etməkdə olan ölkələr COP29-da iqlimlə bağlı ticarət maneələrinin müzakirəsini açmağa çalışdı və iddia etdi ki, zəngin ölkələrin tətbiq etdiyi bahalı ticarət siyasəti onların yaşıl iqtisadiyyata keçidini çətinləşdirir.

Xüsusi diqqət Avropanın planlaşdırdığı karbon sərhəd vergisinə (CBAM) yönəldi. Lakin Trampın bütün idxalata geniş tariflər tətbiq etmək perspektivi də eyni dərəcədə narahatlıq doğurdu.

BMT iqlim orqanı bu məsələni gələcək sammitlərin gündəliyinə əlavə etməyə razılaşdı.


ƏNƏNƏVİ YANACAQ MARAQLARI


OPEC-in baş katibi və Azərbaycanın prezidenti sammitdə neft və qaz ehtiyatlarını "Tanrının hədiyyəsi” adlandırdı.

Nəticədə, sammit keçən ilki COP28-də neft və qazdan uzaqlaşmaq və bərpa olunan enerji gücünü üç dəfə artırmaq barədə əldə olunan vədləri inkişaf etdirmək üçün addımlar atmadan yekunlaşdı.

Bir çox danışıq iştirakçıları bunu uğursuzluq və ənənəvi yanacaq maraqlarının iqlim danışıqlarına üstün gəldiyinin göstəricisi kimi qiymətləndirdilər. 
 
N.Təbrizli










www.anews.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
Siyasət 18:10
Prezident "Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
COP29 14:55
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
Braziliya pre-COP30-un tarixini açıqlayıb
COP29 18:52
Braziliya pre-COP30-un tarixini açıqlayıb
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29 19:47
Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
COP29 10:53
COP29-da yayımlanan xəbər və reportajların sayı açıqlanıb
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
COP29 20:07
Bayden COP29-un təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
COP29 15:17
Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu - Prezident
Prezident CO29-la bağlı paylaşım edib
COP29 14:30
Prezident CO29-la bağlı paylaşım edib
BMT-nin baş katibi ölkələrə müraciət etdi
COP29 07:00
BMT-nin baş katibi ölkələrə müraciət etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol