• $
  • €
  • ₽
  • ₺
  • £

"İrandan sanksiyaların götürülməsi neftin qiymətini 10 dollar azaldacaq"

"İrandan sanksiyaların götürülməsi neftin qiymətini 10 dollar azaldacaq"
11.08.2015 15:01
"İranın dünya neft bazarına çıxışı qaçılmazdır”.

Dünya Bankının ekspertləri İrandan iqtisadi sanksiyalarının qəti olaraq götürülməsindən sonra 2016-cı ildə neftin qiymətinin bir barelinin 10 dollara azalacağını proqnozlaşdırırlar.

Oxu.Az xəbər verir ki, ekspertlərin bu barədə proqnozları beynəlxalq maliyyə institutunun məruzəsində yer alıb.

"İranın dünya bazarına qayıtması son nəticədə gündə təxminən 1 milyon barel neft gətirəcək ki, bu da növbəti ildə qiymətləri 10 dollar azaldacaq”, - deyə, məlumatda bildirilir.

İranda neft hasilatı daxili tələbatdan xeyli çoxdur, buna görə də, İranın dünya bazarına çıxması qaçılmazdır, deyə, məruzədə bildirilir.

"2012-ci ildə sanksiyaların sərtləşdirilməsi İranın neft ixracının kəskin azalması və iki il mənfi dinamikaya səbəb olduğu kimi, sanksiyaların götürülməsi ixracı sürətləndirəcək və iqtisadiyyatı canlandıracaq”, - deyə, DB-nin Yaxın Şərq və Şimali Afrika üzrə maliyyə institutunun baş iqtisadçısı Şanta Devarayan bildirib.

Sanksiyaların ləğvi həmçinin İslam respublikasının ticarət həcmlərini artıracaq və təxminən 17 mlrd. dollara çatacaq. İranın əsas ticarət tərəfdaşlarının Böyük Britaniya, Hindistan, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı olacağı güman edilir. Dünya Bankının proqnozlarına əsasən, xarici investisiyaların həcmi ildə 3 mlrd. dollaradək artacaq.

"2015-ci ilin aprelində çərçivə sazişinin imzalanması ilə beynəlxalq şirkətlərin İrana, xüsusilə də bu ölkənin neft-qaz sektoruna sərmayə yatırmağa artan marağını müşahidə edirik.

Sanksiyaların götürülməsi ilə bu tendensiyanın sürtələnəcəyi və beləliklə də, zəruri kapitalla ölkənin neft sektorunda yenilənməni təmin edəcəyi ehtimal olunur”, - deyə, DB-nin Yaxın Şərq və Şimali Afrika üzrə iqtisadçısı Lili Möttəki bildirib.

Yekun nəticədə sanksiyaların götürülməsi İranın iqtisadi artımını kəskin sürətləndirəcək. Dünya Bankı iqtisadçılarının hesablamalarıan görə, 2016-cı ildə İranın ÜDM-i 5% artacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol