İyul ayının deflyasiyası açıqlandı

İyun ayı ilə müqayisədə iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 2,9%, xidmət tarifləri isə 1,2% artıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























