• $
  • €
  • ₽
  • ₺
  • £

Gələcəyin ən perspektiv texnologiyaları

Gələcəyin ən perspektiv texnologiyaları
21.08.2015 22:18
"Gartner” tədqiqat şirkətinin analitikləri 2016-cı ilin ortalarına kimi yeni texnologiyaların inkişaf və populyarlıq reytinqi üzrə proqnozunu dərc edib. Kompüter və insanın arasında qarşılıqlı əlaqə, süni intellekt, həmçinin danışığın tanınması və sintezi ən perspektiv texnologiyalar adlandırılıb.
 
 
"ICTnews.az” saytı "lenta.ru” saytına istinadən xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, sürücüsüz avtomobillər, "ağıllı” evlər, danışığın tanınması və sintezləşdirilməsi 2015-ci ildə ən çox müzakirə edilən mövzular olub. Kompüter təlimi (kompüterin öz sistemlərini inkişaf etdirmək və insanlar kimi öyrənmək qabiliyyəti) sürətlə inkişaf edən trend adlandırılıb.
 
Kompüter analitik sistemləri artıq informasiya massivlərini  dərindən təhlil edərək insanlardan daha dəqiq proqnoz  verə bilir. Belə sistemlərin tam təkmilləşməsinə 2 ildən 5 ilədək vaxt lazım olacaq.
 
Daşınan cihazlar, məsələn, "ağıllı” saat və fitnes trekerlər istifadəçiləri məyus edib: bu tip qurğular hələ ki bir sıra natamamlıqlara malikdirlər. "Gartner”in analitiklərinin fikrincə, sənaye istehsalı üçün "3D” çap, jestlərin köməyi ilə cihazların idarə edilməsi və virtual reallıq  yaxın vaxtlarda gündəlik həyatın bir hissəsi kimi qəbul ediləcək.
 
Texnologiyaların populyarlığının və onların potensialının qiymətləndirilməsi metodologiyası 1995-ci ildə "Gartner” analitikləri tərəfindən təşviq edilib. Məsələn, "Gartner” ekspertləri ilk icmalda "Bluetooth”, biometrik texnologiyalar və simsiz internetin inkişafını proqnozlaşdırmışdı.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol