• $
  • €
  • ₽
  • ₺
  • £

"Bloomberg": Daha 10 valyutanı devalvasiya gözləyir

"Bloomberg": Daha 10 valyutanı devalvasiya gözləyir
21.08.2015 16:51

"Bloomberg" agentliyinin ekspertləri hesab edirlər ki, Qazaxıstanın milli valyutası - tengenin devalvasiyasının (ötən gün - 26%) ardından, keçmiş SSRİ ölkələri də daxil olmaqla, daha 10 dünya valyutasını analoji aqibət gözləyir.


"Report" xəbər verir ki, analitiklərin fikrincə, Rusiya rublunun ucuzlaşması RF ilə sıx ticarət əlaqələri olan postsovet ölkələrinə xüsusi təsir göstərir. Belə ki, mütəxəssislər Ermənistan dramının mümkün devalvasiyasını proqnozlaşdırırlar. Son bir ildə rubl 46% dəyərdən düşsə də, dram yalnız dəyərini 15% itirib.

Bundan başqa, Qazaxıstanın milli valyutasının devalvasiyası Tacikistan və Türkmənistan valyutalarına da mənfi təsir göstərə bilər. Türkmənistan manatının yaxın yarım ildə 20% dəyərdən düşməsi ehtimal olunur. Tacikistan somonisi isə 10-20% ucuzlaşa bilər. Ekspertlər Qırğızıstan somunun da devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar.

Səudiyyə Ərəbistanında rialın dəyərdən düşəcəyi də istisna edilmir. Analitiklər qeyd edirlər ki, bu ölkə hökumətinin valyutanın məzənnəsini sabit saxlamaq üçün kifayət qədər ehtiyatları var. Lakin spekulyativ əməliyyatlar həyata keçirən treyderlər neftin qiymətinin düşməsindən istifadə edə bilərlər. Bu səbəb həmçinin Nigeriya nayrının 20%-lik devalvasiyasına gətirib çıxara bilər.

Ümumilikdə, ekspertlər bir sıra ölkələrdə devalvasiyanı siyasi səbəblərlə əlaqələndirirlər. Belə ki, Misirdə davam edən sabitsizlik yaxın 12 ayda funtun məzənnəsinin 22% düşməsinə səbəb ola bilər. Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal edilən Türkiyədə də lirəni problemlər gözləyəcəyi proqnozlaşdırılır.

Çinlə sıx xarici ticarət əlaqələri olan Zambiyanın milli valyutası (kvaç) üçün də bədbin proqnozlar verilir. Valyuta ehtiyatları son 17 ildə ən minimal həddə düşən Malayziya rinqqitinə də mənfi təsir göstərəcək.

Müşahidəçilər Qana valyutası - sedinin də devalvasiya gözləyənlər sırasına daxil edib. Səbəb qismində isə neftin ucuzlaşması, kəsin inflyasiya, habelə xarici borcun artması amilləri qeyd olunur.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol