• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iPhone6 200 manat bahalaşdı

Bakıda iPhone6 200 manat bahalaşdı
21.08.2015 17:12
Azərbaycanda Apple şirkətinin məhsullarının qiyməti kəskin artıb.

Bu brendin Azərbaycandakı rəsmi distribüteri bir müddət əvvəl gətirdiyi malları artıq yeni qiymətlə satışa çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik-ə Alma Store-dən bildiriblər.

Məlumata görə, əvvəllər 900 manata satılan iPhone 6 (16 GB) hazırda 1198 manata satılır.

"Qiymətlərin bahalaşması Azərbaycana gətirilən Apple məhsullarının pərakəndə qiymətlərinin artması – xərclər 30%-dən çox yüksəlib – həmçinin Azərbaycanda gömrük rüsumları şərtləri ilə əlaqədardır. Bu, təkcə Apple məhsullarına aid deyil. Tezliklə Azərbaycana gətirilən bütün elektron mallar, həmçinin texnika kəskin bahalaşacaq”, - deyə, agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, xaricdən mal almaq istəyən istehlakçı həmin məhsulun ümumi dəyərinin 36%-i ölçüsündə gömrük rüsumu ödəməlidir.

Paytaxtın digər mağazalarında iPhone 6 smartfonunun satışda olmadığını bildirsələr də, tezliklə məhsulun gətiriləcəyi və yeni qiymətlə satışa çıxarılacağını da vurğulayıblar.

Köhnə partiyadan olan iPhone 6 smartfonları mağazalarda əvvəlki qiymətlərlə satılır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol