• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycan vasitəsilə qazının Avropaya ixrac edilməsinə hazırdır

İran Azərbaycan vasitəsilə qazının Avropaya ixrac edilməsinə hazırdır
22.08.2015 14:12
İran "Cənub qaz dəhlizi” üzrə Avropaya qaz nəqli məsələsində Azərbaycanla əməkdaşlıq edəcək.

 Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, İran Asiya bazarlarından başqa, Avropa bazarlarına da qaz ixrac etməyi planlaşdırır: "İran qazının Avropaya nəql yollarından biri Azərbaycan vasitəsilə nəql olunmasıdır. Düşünürəm ki, "Cənub qaz dəhlizi”nin istifadə edilməsində Azərbaycanla əməkdaşlıq edə biləcəyik. Bu məsələ ilə bağlı Azərbaycan Energetika naziri və müvafiq qurumlarla danışıqlar aparmışıq. Hər iki ölkənin rəsmiləri daim qaz sahəsində danışıqlar aparır və bu danışıqlar davam edir”.

M.Vaezi qeyd edib ki, neft və qaz sahəsində Azərbaycan və İran arasındakı əlaqələr çox yaxşı səviyyədədir: "Hesab edirəm ki, tərəflərin bir-birinə ehtiyacı var. Hazırda Azərbaycan İranla "svop" şərtlərlə Naxçıvan Muxtar Respublikasına (NMR) qaz tədarük edir. Digər tərəfdən, müəyyən dövrdə Azərbaycanın qaz ehtiyacı artır ki, biz də bunu ödəyə bilərik. Müəyyən mövsümlərdə isə İranda qaz çatışmazlığı olur ki, Azərbaycan bu tələbi təmin edə bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol