• $
  • €
  • ₽
  • ₺
  • £

“Ləğv edilən avtobus marşrutlarının bəziləri bərpa ediləcək”

“Ləğv edilən avtobus marşrutlarının bəziləri bərpa ediləcək”
24.08.2015 15:30
"Avtobuslarla bağlı optimallaşdırma aparılır və Avropa Oyunları zamanı ləğv edilən bir neçə avtobus marşrutunun bərpası nəzərdə tutulub”.
 
 
Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı məlumat verib. O deyib ki, yeni tədris ili başlayana qədər hansı avtobusların bərpa olunacağı açıqlanacaq:

"Hazırda bərpa olunacaq və olunmayacaq avtobusların nömrələri açıqlanmır. Nəzərə almaq lazımdır ki, Avropa Oyunları zamanı alınan iri tutumlu ekspress avtobusları da müxtəlif istiqamətlərdə xəttə buraxılacaq. Düşünürəm ki, məsələ sentyabr ayının 15-nə qədər öz həllini tapacaq”.

Bir müddət əvvəl Bakının bir neçə istiqamətində hərəkət edən avtobuslarda kart üçün turniketlər quraşdırılsa da, onlardan istifadə reallaşmadı. Hazırda Bakı metropolitenində tətbiq edilən yeni kartlarla həm də "Baku bus”ın avtobuslarında istifadə ediləcəyi deyilir. Bəs, əvvəl dövriyyəyə buraxılan kartlar necə olacaq? Şəfa Mehmanqızının sözlərinə görə, bu haqda dəqiqləşmiş informasiya yoxdur:

"Bəli, "Baku Bus”ın avtobuslarında kartdan istifadə etmək mümkün olacaq, amma digərlərində kart sisteminə keçid tədricən reallaşacaq. Hələ ki  hansılarda turniketlər yoxdur, təbii orda nağd ödənişdir. Bütün avtobusların nağdsız ödəniş sisteminə keçilməsi ən yaxın vaxtlarda reallaşacaq.

Avtobus sürücülərinin aylıq əmək haqqı məsələsi də gündəmdədir, onların hər zaman şikayət etdiyi aylıq plan da aradan qaldırılacaq. Hesab edirik ki, sürücü aylıq maaş alarsa və sərnişin də kartla ödəniş edərsə, qayda-qanun daha yüksək səviyyədə həyata keçirilər”.

Avropa Oyunları zamanı Azərbaycana çoxsaylı turistlərin gəlməsi və yarana biləcək tıxacların qarşısının alınması üçün bir neçə avtobus marşrutu ləğv edilib, bəzilərinin istiqaməti dəyişdirilib. Məsələn, 14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.

20, 188, 53, 90, 83 saylı marşrutlar ləğv edilib. 86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı marşrutun hərəkəti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrutun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai” metrosuna qədər qısaldılıb. 82 saylı marşrutun istiqaməti qısaldılıb.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol