• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonunadək Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək

İlin sonunadək Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək
25.08.2015 19:51
Müxtəlif mövzuları əhatə edən sərgilərin əsas təşkilatçısı "Iteca Caspian" şirkətidir

Bu ilin sonuna kimi Azərbaycan bir sıra beynəlxalq sərgi və konfranslara ev sahibliyi edəcək. Bu tədbirlərin əsas təşkilatçısı olan "Iteca Caspian” şirkətindən "Report”a verilən məlumata görə, müxtəlif mövzuları əhatə edən sərgilərin təşkilatçıları ilin sonuna kimi ölkədə 11 beynəlxalq sərgi keçirəcək.

Məlumatda qeyd olunub ki, bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. Payız sərgi təqviminə Azərbaycan beynəlxalq səhiyyə (BIHE), stomatologiya (Stomatology Azerbaijan), gözəllik və estetik tibb (Beauty Azerbaijan), təhsil (Education), karyera (Career), inşaat (BakuBuild), istilik, havalandırma və kondisiyalaşdırma sistemləri (AquaTherm Baku), mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (CIPS Caspian), ətraf mühit (CTE) və telekommunikasiya və informasiya texnologiyaları (BakuTel) sərgiləri daxildir.

Oktyabrın 15-də Bakıda təşkil olunacaq Davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə I Azərbaycan konfransı ("Baku CSR Conference-2015”) ölkə üçün yeni mövzuya toxunacaq. Debüt konfransın məqsədi ölkənin hazırkı vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir. "Caspian Event Organisers” (CEO) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu konfrans artıq biznes ictimaiyyətinin böyük marağına səbəb olub.

Konfransın 300 nəfərdən artıq nümayəndə və təxminən 30 nəfər spikeri bir araya toplayacağı gözlənilir. "Baku CSR Conference”in baş sponsoru SOCAR, gümüş sponsoru isə "Access Bank”dır. "EY” şirkəti konfransın konsaltinq-tərəfdaşı qismində çıxış edir.

Payız mövsümündə ilk növbədə "Iteca Caspian” şirkətinin təşkil etdiyi XXI Azərbaycan beynəlxalq səhiyyə (BIHE 2015), X Yubiley Azərbaycan beynəlxalq stomatologiya ("Stomatology Azerbaijan-2015”) və IX Azərbaycan beynəlxalq gözəllik və estetik tibb ("Beauty Azerbaijan-2015”) sərgiləri ziyarətçiləri qəbul edəcək. Bu sərgilər oktyabrın 18-20-də "Baku Expo Center"də keçiriləcək.

Sərgi iştirakçılarının siyahısında artıq 15 ölkəni təmsil edən 120-dən çox şirkət yer alır. Bu il sərgidə Çexiya öz milli stendi ilə çıxış edəcək. İlk dəfə olaraq Rusiyanın əczaçılıq şirkətləri Rusiya Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə birgə stendlə çıxış edəcək. Beləliklə, bu il BIHE iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edəcək. Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın aparıcı istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların nəhəng yerli distribyutorları da iştirak edəcəklər. Yerli distribyutorlar arasında "ARASH Medical”, "Besan”, "Vitta”, "Labservis” və digər şirkətlər yer alır. Sərgi tibbi turizm sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır. Bunların arasında Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri sərgidə birgə milli stendlə çıxış edəcək. Sərgidə həmçinin xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcək. Bu il tibbi turizm sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol