• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların bu qərarı risklərdən sığortalanmaq üçündür - RƏSMİ AÇIQLAMA

Bankların bu qərarı risklərdən sığortalanmaq üçündür - RƏSMİ AÇIQLAMA
28.08.2015 09:40
Mərkəzi Bank ölkədə banklarının xarici valyutada kredit verməkdən imtinası məsələsinə aydınlıq gətirdi

Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.

Bu barədə Trend-ə ötən gündən etibarən bəzi bankların həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş verməyib: "Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər”.

Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.

Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb. Bunların arasında "VTB Bank” (Azərbaycan) da var.

Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı bir müddət bundan əvvəl kreditlərin yalnız manatla verilməsi ilə bağlı qərar qəbul etmişdi.

Bankların bu cür davranması, xarici valyutada kredit verməkdən imtina etməsi qonşu ölkələrin devalvasiya proseslərinin gücləndiyi valyuta bazarının vəziyyəti və Azərbaycan manatının məzənnəsinin dəyişəcəyi təqdirdə bankların özlərini risklərdən sığortalamaq istəyi ilə izah edilir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol