"Azər-Türk Bank"da növbəti kadr dəyişikliyi

"Azər-Türk Bank" ASC-də növbəti kadr dəyişiklikləri baş verib.
Bankdan "APA-Economics”ə verilən məlumata görə, Anar İsmayıl oğlu Hüseynov bankın "Gəncə" filialının müdiri təyin edilib.
Buna qədər bu filialın müdiri olan Ayazi Paşayev isə "Gəncə" filialının müdir müavini vəzifəsini icra edəcək.
Bundan başqa, "Azər-Türk Bank"ın yenicə açılan "Yasamal" filialına Adil Firudin oğlu Gözəlov müdir təyin edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























