Bakının şimal girişində tıxac

Bu gün səhər saatlarında Bakı şəhərinin şimal girişində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
"Report"un hadisə yerində olan müxbirinin məlumatına görə, Bakı-Sumqayıt şosesində Bakı Beynəlxalq Avtovağzalı qarşısında böyük tıxac yaranıb. Avtomobillərin nizamsız hərəkəti isə sıxlığı daha da artırır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə "Report"a bildirilib ki, sıxlıq hələ də davam edir.
Bundan başqa, paytaxtın Afiyəddin Cəlilov küçəsində nisbi sıxlıq qeydə alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























