Azərbaycan neftinin qiyməti sabit qalıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiymətində heç bir dəyişiklik olmayıb.
"Report" xəbər verir ki, ötən gün Böyük Britaniyada "Bank Bayramı"nın keçirilməsi birjaların işinə də təsir edib. Bununla da "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 50,54 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























