• $
  • €
  • ₽
  • ₺
  • £

"Petronas" "Statoil" şirkətinin TAP-dakı payını almaq niyyətindədir

"Petronas" "Statoil" şirkətinin TAP-dakı payını almaq niyyətindədir
02.09.2015 14:51
Ötən il "Statoil" "Şahdəniz" və "Cənubi Qafqaz qaz kəməri" layihələrindəki 15,5%-lik payını "Petronas"a satıb

Malayziyanın "Petronas” dövlət enerji şirkəti Norveçin "Statoil” şirkətinin Xəzər dənizdən Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Xətti layihəsindəki (TAP) səhmlərinin alınması məsələsini nəzərdən keçirir.

"APA-Economics”in Themalaysianinsider.com saytına istinadən verdiyi məlumata görə, Malayziya şirkəti TAP-da 20% səhm almaq niyyətindədir.

Məlumata görə, bununla bağlı son qərar hələ qəbul olunmayıb.

Xatırladaq ki, ötən il  "Statoil” şirkəti "Şahdəniz” layihəsi və "Cənubi Qafqaz qaz kəməri”ndəki 15,5%-lik payını Malayziyanın "Petronas” şirkətinə satıb. Razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir.

Qeyd edək ki, cari ilin iyun ayının 9-da Azərbaycan Vergilər Nazirliyi "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətini qeydiyyata alıb.

Xatırladaq ki, "Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), "Statoil” (15,5%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil” - 20%, "Fluxys” - 19%, "Enagas” - 16% və "EGL-Axpo” - 5%.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol