• $
  • €
  • ₽
  • ₺
  • £

"2016-cı il üzrə dövlət büdcəsinin layihəsi ilə bağlı məlumatlar gələn həftə açıqlanacaq"

"2016-cı il üzrə dövlət büdcəsinin layihəsi ilə bağlı məlumatlar gələn həftə açıqlanacaq"
03.09.2015 21:26

"Milli Məclisə seçkilərin noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur”

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinin gizli saxlanılması ilə bağlı xəbərlər dərc olunub.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin açıqlanmasının gecikməsi və ya gizli saxlanılmasına dair bəzi qəzetlərdə və internet saytlarında yazılanlarla bağlı APA-nın sorğusunu cavablandırıb.

M. Piriyev bildirib ki, "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və büdcənin tərtibi prosesinin təqviminə uyğun olaraq 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri vaxtından xeyli əvvəl hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub: "Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunacaq. Ona görə, bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur”.

M. Piriyev bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol