Məzahir Pənahov Mərkəzi Bankın sədrinə müraciət edəcək

MSK sədri: "Deputatlığa namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlər tərəfindən xüsusi seçki hesablarının açılması üçün Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edəcək.
"Report” xəbər verir ki, bunu MSK-nın bugünki iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkidə namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır: "Əgər regionda Beynəlxalq Bankın filalı olmazsa, bu zaman Kapital Bankın filialında açılmalıdır. Kapital Bankın sisteminin Beynəlxalq Banka uyğunlaşdırılması üçün Mərkəzi Bankın sədrinə müraciət olunacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























