• $
  • €
  • ₽
  • ₺
  • £

UNİBANKdan ixracat yönümlü şirkətə 2.3 mln dollarlıq kredit

UNİBANKdan ixracat yönümlü şirkətə 2.3 mln dollarlıq kredit
10.09.2015 17:20
Unibank ölkə iqtisadiyyatına daim dəstək olan qabaqcıl banklardan biri olaraq, daha bir böyük biznes layihəsini reallaşdırdı. 

İxracat yönümlü şirkətlərə dəstək məqsədi ilə bank tərəfindən "Perа Plastik Qrup” MMC-yə 2.3 mln dollar həcmində kredit verilib. Kredit bankın bu il açılan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - "Unibank- Biznes Mərkəzi” filialında ayrılıb.

"Perа Plastik Qrup” MMC şirkəti Unibank-la 2007-ci ildən əməkdaşlıq edən korporativ müştərilərdəndir. "Perа Plastik Qrup” fəaliyyətinə 1996-cı ildən başlayıb və MDB-də polipropilen parçadan sənaye qablaşdırması istehsal edən ən böyük şirkətlərdən biri hesab olunur. Şirkət tərəfindən istehsal olunan məhsullar İran, Rusiya, Orta Asiya və Avropa ölkələrinə ixrac olunur. Ölkəmizin istehsal sahələrində ümumilikdə 800 nəfər işçisi olan "Perа Plastik Qrup” şirkəti, Unibank-dan ayrılan böyük həcmdə kredit sayəsində işçi heyətini 1000 nəfərə çatdırmağı planlaşdırır. Unibank-la həyata keçirilən bu geniş layihə yeni iş yerlərinin yaradılmasına təkan verməklə yanaşı, həm də ixracat yönümlü şirkətlərin inkişafına öz töhfəsini verdi.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” , "Yasamal”, "8 saylı” filialları və "Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol