• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

“Bakcell”in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı
28.05.2020 21:01
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə "Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə yekun vurub.

İki ay davam edən layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist-aparıcı Kənan Hakimov isə Böyük Britaniyanın Mançester şəhərinə bir həftəlik səyahət paketi ilə mükafatlandırılıb.

Layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaq idi. Xüsusi təlim proqramı sayəsində iştirakçılar futbol xəbərlərinin auditoriyaya daha yaxşı şəkildə çatdırılması üçün müasir medianın üstünlükləri barəsində məlumatlandırılıb və praktik məşğələlər vasitəsilə yeni biliklər əldə ediblər.

Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni media üzrə ixtisaslaşmış britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən keçirilib.

15-dən çox futbol reportyorunun qatıldığı təlimlərdə iştirakçılara "Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, "Peşəkar futbol şərhçiliyi”, "Multimediadan düzgün istifadə” və s. kimi digər önəmli mövzular haqqında danışılıb. Birinci təlim sessiyasının sonunda milli yığmanın baş məşqçisi Robert Prosineçki, millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşərək təlimə xüsusi maraq qatıblar.






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol