• $
  • €
  • ₽
  • ₺
  • £

​"Moody's": Qərbin İranla yaxınlaşması Azərbaycanın iqtisadi dividendlərini artıracaq

​"Moody's": Qərbin İranla yaxınlaşması Azərbaycanın iqtisadi dividendlərini artıracaq
29.09.2015 15:44
"Moody's" beynəlxalq reytinq agentliyi Qərbin İranla nüvə proqramı ilə bağlı əldə etdiyi razılaşma Azərbaycana neft qiymətlərinin düşməsindən yaranan təzyiqi bir qədər azaltmaq imkanı verəcək.

"Report" xəbər verir ki, "Moody's" tərəfindən açıqlanan məruzədə İranla nüvə razılaşması və iqtisadi-maliyyə sanksiyalarının aradan qaldırılması Azərbaycana qonşu ölkə - İranla xarici ticarəti artırmaq imkanı verəcəyi bildirilir. Yaranacaq ticarət və investisiya imkanları Azərbaycana, azalan neft qiymətləri səbəbi ilə ixrac gəlirlərinin azalmasının yaratdığı gərginliyi yumşaltmaq şansı yaradacaq.

"Moody's" İranın 78 mln. nəfər əhalisi və dünyanın 18-ci ən böyük iqtisadiyyatına, Orta Şərq, Fars Körfəzi Əməkdaşlıq Şurası və MDB məkanında Rusiya və Səudiyyə Ərəbistanından sonra 3-cü iqtisadiyyata sahib olduğunu qeyd edir və bunun Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd etdiyini vurğulayır.

Agentlik, həmçinin qeyd edir ki, Azərbaycan İranla ticarət və investisiya əlaqələrini inkişaf etdirmək istəyən ilk ölkələrdən biri olub. Belə ki, 2015-ci ilin aprel ayında Azərbaycan rəsmilərindən ibarət heyət İranda bir sıra görüşlər keçirib və strateji layihələri müzakirə edib. Görüşlər əsasən neft-qaz sektorunun inkişafı ilə bağlı olub. Həmçinin görüşlərdə neft-qaz sahəsində birgə müəssisələrin yaradılması, nəqliyyat məsələləri , mühəndislik işləri müzakirə edilib. Səfər zamanı İranın Cənub Qaz Dəhlizinə marağı vurğulanıb, Şimal-Cənub dəmir yolu xətti və Azərbaycan-İran sərhədində su elektrik stansiyasının inşası məsələləri də müzakirə olunub.

"Moody's" həmçinin bildirir ki, Azərbaycan iqtisadiyyatının 2014-cü ildə 37%-i , ixracın 90%-i neft-qaz sektoruna aid olub. İranla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Bununla da Azərbaycan neftdən asılılığını bir qədər də azaltmağa müvəffəq olacaq. Agentlik, həmçinin qeyd edir ki, Azərbaycan-İran əlaqələrinin inkişafı İrandan 25-ə yaxın Asiya ölkəsinə açılan yolu qısaldacaq və ölkənin gəlirlərini artıracaq.

Məruzədə İranla 6-lıq ölkələrinin son razılığa gəlməsi və sanksiyaların qaldırılmasının ən tez 2016-cı ilin ilk rübündə baş verməsi ehtimal olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol