• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-dan növbəti sosial layihə: “Məhdudiyyətlərə meydan oxuyaq!”

Bank of Baku-dan növbəti sosial layihə: “Məhdudiyyətlərə meydan oxuyaq!”
01.10.2015 12:36
Hər zaman korporativ sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank of Baku bu dəfə "Müstəqil Həyat” İnkişaf və Dəstək mərkəzi ilə birgə "Məhdudiyyətlərə meydan oxuyaq!” adlı yeni sosial layihəyə başlayır.

Layihə fiziki məhdudiyyəti olmağına baxmayaraq oxumaq, öyrənmək, inkişaf etmək, işləmək istəyən insanlar üçün nəzərdə tutulub. Qeydiyyatdan keçmiş iştirakçılar arasında müvafiq meyarlara cavab verənlərə 1 ay ərzində Bank tərəfindən dəvət edilmiş yerli mütəxəssislər tərəfindən aşağıdakı mövzular haqqında təlimlər keçiriləcək:

* Sosial şəbəkələrin idarə edilməsi

* Məlumat Mərkəzi işi

* Şəbəkə adminstratorluğu, helpdesk

* Bloqçuluq

* Psixologiya, motivasiya

Təlimləri uğurla bitirən məzunlara Bank of Baku adından xüsusi sertifikatlar təqdim ediləcək. Həmçinin, Bankın saytında, sosial şəbəkələrdəki rəsmi səhifələrdə ictimaiyyətin və şirkət rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə hər bir məzun haqqında ətraflı məlumat (xüsusi istedadları və təhsilləri qeyd edilməklə) yerləşdiriləcək. Əminik ki, bu layihə bir çox şirkət rəhbərlərinin diqqətini cəlb edəcək və bizim məzunlar qısa zaman ərzində iş yeri ilə təmin olunacaqlar. Qeyd edim ki, Bank of Baku da öz növbəsində məzunların istedadlarını təhlil edib bankda işlə təmin etmək məsələsini nəzərdən keçirəcək. Üstəlik, geniş partnyor şəbəkəsinə malik olan Bank of Baku həmin şirkət rəhbərlərinin diqqətini də bu layihəyə cəlb edəcək.

Təlimlərə qoşulmaq üçün http://www.bankofbaku.com/social/KSM.html səhifəsində qeydiyyatdan keçmək kifayətdir. Müraciətlər 14 Oktyabradək qəbul ediləcək.

Fiziki məhdudiyyətlərə meydan oxuyaraq, yeni nailiyyətlər əldə etmək istəyən hər kəsi təlimlərə dəvət edirik!

Gəlin, MƏHDUDİYYƏTLƏRƏ BİRGƏ MEYDAN OXUYAQ!

Bu layihədə bizə dəstək olan şirkətlərə təşəkkürümüzü bildiririk.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol