• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir BMT tribunasında TASİM haqqında danışdı

Nazir BMT tribunasında TASİM haqqında danışdı
01.10.2015 21:53
"Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını inkişafın aparıcı qüvvəsi hesab edir və BMT çərçivəsində Avrasiyanın dənizə çıxışı olmayan ölkələri, o cümlədən Əfqanıstan və Mərkəzi Asiya üçün əlçatan və etibarlı genişzolaqlı qoşulma imkanını təmin etmək üçün işlənib hazırlanmış Trans-Avrasiya İnformasiya Magistralının (TASIM) təşəbbüskarı olub".
 
Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində etdiyi çıxışı zamanı söyləyib.
 
 XİN başçısı TASİM-in regiona verdiyi töhfələrdən söz açaraq onun əhəmiyyətini yüksək qiymətləndirib.
 
Nazirin sözlərinə görə, Trans-Avrasiya Super İnformasiya Magistralı ölkələri, insanları bir-birinə bağlamaqla yanaşı, hər kəs üçün beynəlxalq şəbəkəyə çıxışı asanlaşdırır.
 
 
E.Məmmədyarov deyib ki, Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanaraq bu təşkilatın fəaliyyətinə konkret töhfələr verməkdədir.
 
Minilliyin İnkişaf Məqsədlərinin (MİM) bütün dünyada inkişafın təşviqində mühüm rol oynadığını önə çəkən nazirin qənaətincə, bu baxımdan, Davamlı İnkişaf Məqsədlərinin sülh, rifah və inkişafa nail olunma üzrə qlobal səylərdə effektiv alət olacağına əminik.
 
"Azərbaycan ötən illər ərzində bir çox MİM hədəfləri, xüsusilə kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə nəzərəçarpacaq nailiyyətlər əldə edib. Davamlı inkişaf məqsədlərini nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda özünün milli davamlı inkişaf strategiyasını işləyib hazırlamaqdadır. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə "Cənub-Cənub" mükafatına layiq görülüb. Regionun bir çox ölkələrinin üzləşdiyi qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 2015-ci ilin birinci yarısında 5,7%-lik iqtisadi artım nümayiş etdirib ki, qeyri-neft sektorundakı artım 9,2%-ə bərabər olub" – deyə E.Məmmədyarov bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol