AccessBank növbəti təlim təşkil edəcək

Oktyabr ayının 6-da, saat 10:00-da AccessBank-ın Baş ofisində kütləvi informasiya nümayəndələri üçün "Maliyyə biliklərinin artırılması” mövzusunda növbəti təlim təşkil olunacaq.
Tədbirdə Dünya Bankının ekspertləri İvo Jenik və Şon Mundi iştirak edəcəklər.
Təlimdə aşağıda qeyd olunan mövzular əhatə olunacaq:
* Əhalinin maliyyə savadlılığının artırılmasında medianın rolu
* Azərbaycanda maliyyə savadlılığından kim bəhrələnəcək və hansı fayda əldə olunacaq
* Azərbaycanda maliyyə savadlılığının inkişaf strategiyası
Tədbirdə iştirak etmək üçün, məktuba əlavə olunan ərizə formasını doldurub 5 oktyabr 2015-ci il tarixinədək [email protected] ünvanına göndərin.
Əlavə sualınız yaranarsa, çəkinmədən mənə müraciət edə bilərsiniz.
+994 12 490 80 10 (daxili 223)
+994 50 255 66 88
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























