• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan bu il beynəlxalq ofşor layihələrdən 5,5 mlrd. dollar qazanıb

​Azərbaycan bu il beynəlxalq ofşor layihələrdən 5,5 mlrd. dollar qazanıb
05.10.2015 13:25
AÇG" yataqlar bloku 5,225 mln. dollar, "Şahdəniz" - 274,3 mln. dollar, "Bahar" və "Qum-dəniz" yataqları isə 4,07 mln. dollar qazandırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə Xəzərin milli sektorunda istismar olunan neft və qaz yataqlarından mənfəət neft və qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 5 503,777 mln. ABŞ dolları daxil olub.

"Report"un sorğusu əsasında Fonddan verilən məlumata görə, hesabat dövründə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə 5 225,38 mln. dollar, "Şahdəniz" yatağından 274,327 mln. dollar, "Bahar" və "Qum-dəniz" yataqlar blokundan 4,07 mln. dollar daxil olub.

Qeyd edək ki, "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqları üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə ilə "AÇG"-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarına ixrac edilir.

"AÇG"-də hazırda BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7%) şirkətləri iştirak edir.
"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə saziş isə 1996-cı il iyunun 4-də imzalanıb. Bu layihədə BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİKO (10%), və TPAO (19%) iştirak edir. "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyəyə çatdırılır.

2009-cu il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ilə "Bahar Energy" əməliyyat şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Müqavilə sonrakı 5 ilə uzadılma imkanı ilə 25 illiyə imzalanıb. Müqaviləyə görə, "Bahar Energy" əməliyyat şirkəti 80%, SOCAR 20% paya malikdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol