• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iki yeni avtobus marşurutu istifadəyə verildi

Bakıda iki yeni avtobus marşurutu istifadəyə verildi
06.10.2015 12:31
5 Oktyabr 2015-ci il tarixindən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 6 və 8 nömrəli marşrut xəttləri istifadəyə verilib. Modern.az xəbər verir ki, Fransa istehsalı olan "İveco” markalı avtobuslar 6 saylı xətt üzrə "Azadlıq Prospekti” metro stansiyasından başlayaraq, Azadlıq prospektindən keçir və 20-ci Sahəyə hərəkət edir. Uzunluğu 34,4 km olan  marşrut xətti hər iki istiqamət üzrə 30 dayanacağı özündə birləşdirir. Digər 8 saylı marşut xətti də "Azadlıq Prospekti” metro stansiyasından başlayaraq Azadlıq prospektindən keçir və "28 May” metro stansiyasına iatiqamətlənir. Sözügedən xətt hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və ümumi uzunluğu 15 km-dir.

Məlum olduğu kimi, "BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız "BakıKart”ları və daimi istifadə üçün plastik "BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

"BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

"BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır;.

İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən " BakuBus” MMC  əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol