• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Dəmir Yolları"ndan piyadalara çağırış

"Azərbaycan Dəmir Yolları"ndan piyadalara çağırış
08.10.2015 15:59
"Bakı-Sumqayıt elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə çəpərləmə işləri aparılır"

"Azərbaycan Dəmir Yolları" QSC piyadalara müraciət edib.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən xəbərə görə, Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün "Stadler Rail Group” şirkətində istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarları istismara verilib.
 
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları əvvəlki elektrik qatarları ilə müqayisədə daha sürətlə hərəkət edir.
 
Bu marşrutla hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür, çəpərləmə işləri aparılır.
 
Bəzi hallarda Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarlarının marşrutlarına yaxın ərazidə yaşayan vətəndaşlarımız qadağan olunmuş yerlərdən keçməklə, kiçik yaşlı övladlarını nəzarətsiz qoymaqla, həm özlərinin həyatını təhlükə qarşısına qoyur, həm də Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarının təhlükəsiz hərəkət etməsinə mane olurlar. Bu, elektrik qatarlarının hərəkətində ləngimələrə səbəb olur. Ona görə, piyadalar unutmamalıdırlar:
 
- Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən (körpülərdən, tunellərdən və keçidlərdən istifadə edərək) keçməlidirlər. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşəmələri olan, habelə "Dəmir yolundan keçid" nişanları qoyulmuş yerlərdən keçməlidirlər.
 
- Yaxınlaşmaqda olan qataradək məsafə 400 metrdən az olduqda, qatarın qarşısından dəmir yolu xəttini keçmək olmaz.
 
- Relsin üstünə çıxmaq və ya onun üzərində oturmaq, tiyə və çərçivə relsi arasında dayanmaq qadağandır.
 
- Dəmir yollarına qatarların hərəkəti üçün təhlükə yarada bilən əşyalar qoymaq olmaz.
 
"Biz "Azərbaycan Dəmir Yolları" QSC olaraq, ölkə vətəndaşlarını bu məsələlərə daha məsuliyyətlə yanaşmağa, tələb olunan qaydalara əməl etməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol