Bakı metrosu ilə 162 milyondan çox sərnişin daşındı

Cari ilin 9 ayında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 milyon nəfərə çatıb.
Komitədən bildirilib ki, nəqliyyatçılar 1 milyard 380 milyon sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























