• $
  • €
  • ₽
  • ₺
  • £

​Nizami rayonunda "Rahat" marketlər şəbəkəsinin 26-cı filialının açılışı olub

​Nizami rayonunda "Rahat" marketlər şəbəkəsinin 26-cı filialının açılışı olub
16.10.2015 14:37
Bu gün "Rahat” marketlər şəbəkəsinin 26-ci filialının açılışı olub.

"Report”un məlumatına görə, marketlər şəbəkəsinin budəfəki filialı Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 74 ünvanında Neftçilər metrosunun çıxışı, köhnə Metro Ticarət mərkəzinin yerində açılıb.

"Rahat" marketlər şəbəkəsinin direktor müavini Ruslan Ağayev açılışda bildirib ki, yeni istifadəyə verilən "Rahat” ticarət mərkəzinin ümumi sahəsi 800 kvadratmetrdir. Hazırda marketdə müştərilərə 35 min çeşidə yaxın məhsul təqdim olunur. Filialda qida məhsulları ilə yanaşı, ətriyyat, optika, geyimlərin satışı da həyata keçiriləcək. Bununla yanaşı, marketdə xüsusi olaraq "Rahat mebel” satışı da təşkil olunacaq. "Bu, Nizami rayonu ərazisində artıq ikinci layihəmizdir. Bundan sonra bu ərazidə daha 3 marketin açılmasını planlaşdırırıq", - R.Ağayev deyib.

İlin sonuna kimi "Rahat" marketlər şəbəkəsinin yeni filiallarının da açılmasını planlaşdırdıqlarını deyən R.Ağayev oktyabrın 23-də Bərdə şəhərində növbəti marketi istifadəyə verəcəklərini bildirib: "Bundan başqa Yasamal rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də filialların açılması gözlənilir. İlin sonuna kimi marketlərin sayını 35-ə çatdırmağı planlayırıq".

Hazırda Abşeron rayonunda, Sumqayıt, Biləcəri ərazisində, Mingəçevir, Ucarda "Rahat" marketlər fəaliyyət göstərir. 

"Rahat" marketlər şəbəkəsinin ümumi strategiyası əhalinin aşağı və orta təbəqəsinə xitab etməkdir. Çox yuxarı qiymətlərlə işləmirik, həftəlik endirimli aksiyalarımız olur. Cənab Prezidentin bütün sahibkarların qarşısında vəzifə kimi qoyduğu, insanların qeydinə qalmaq prinsipi əsasında işimizi qururuq" - deyə, R.Ağayev əlavə edib.
Qeyd edək ki, "Rahat" marketlər şəbəkəsi pərakəndə ticarət bazarında 2009-cu ildən fəaliyyət göstərir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol