• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir tapşırıq verdi: “Elektron sənədləşmənin dairəsi genişləndirilsin”

Nazir tapşırıq verdi: “Elektron sənədləşmənin dairəsi genişləndirilsin”
16.10.2015 15:55
"Cari ilin 9 ayı dövründə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə infrastrukturunun yenilənməsi üzrə tədbirlər uğurla davam olunaraq müasir tipli məhkəmə binalarında ölkə Prezidentinin Sərəncamı ilə yaradılan "elektron məhkəmə" informasiya sisteminin sınaq rejimində tətbiqinə başlanılıb".
 
 "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Ədliyyə Nazirliyinin kollegiya iclasında səsləndirilib.
 
  Dövlət başçısı cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar Ədliyyə Nazirliyinin kollegiyasında struktur qurumların rəhbərlərinin iştirakı ilə müzakirə olunaraq nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib. Kollegiyada qeyd edilib ki,ölkədə elektron quruculuq istiqamətində atılan addımlara dəstək olaraq yeni inşa edilən, eyni zamanda təmir edilən inzibati binalarda informasiya-kommunikasiya texnologiyalarının tələbləri gözlənilir, binalar "elektron məhkəmə" sisteminin işləməsi üçün lazım olan vəsaitlərlə təmin edilir.
 
Qeyd olunub ki, Bakı və Şəkidə möhtəşəm məhkəmə komplekslərinin tikintisi başa çatdırılıb, 9 məhkəmə üçün binaların inşası davam etdirilir. Onların hər biri müasir tələblərə cavab verməklə elektron məhkəmə sisteminə öz töhfəsini verəcəkdir.
 
İclasda, həmçinin vurğulanıb ki, elektron xidmətlər, elektron hökümət vətəndaş məmnunluğuna yönələn fəaliyyət kimi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və beynəlxalq aləmdə hədsiz maraq doğurur.
Nazir Fikrət Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.

İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir.
 
Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol