• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının həcmi artırılır

Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının həcmi artırılır
16.10.2015 19:25
Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur.

"Report" xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən hüquqpozmalarına görə təqvim ili ərzində hüquqpozulmasına birinci dəfə yol verildikdə, 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq. "Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldılılması təklif olunur".

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqini nəzərdə tutulur.

Nazir F.Məmmdov bildirib ki, üç ildi idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idilər ki, bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və 3 ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib: "Buna görə də hazırki iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq"

Dəyişikliyə əsasən sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol