• $
  • €
  • ₽
  • ₺
  • £

KİV: Telman İsmayılovun bir sıra aktivləri Beynəlxalq Bankın nəzarətindədir

KİV: Telman İsmayılovun bir sıra aktivləri Beynəlxalq Bankın nəzarətindədir
19.10.2015 12:33
"Telman Mərdanoviç baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”, - Telman İsmayılovun çevrəsindən olan şəxs müsahibə üçün müraciət edən "Vedomosti”yə bildirib, Oxu.Az xəbər verir. 

Belə ki, VTB qrupuna daxil olan Moskva Bankı biznesmenin iflası barədə iddia irəli sürüb.

İşlər çox pisdir. Kreditorlar bütün dünyada əmlakın həbsinə nail olurlar. Biznesmen hesab edir ki, onun aktivlərinə reyd hücumu aparılır, bu barədə "Vedomosti”yə onun iki tanışı bildirib. Amma deyəsən, Çerkizov bazarını itirdikdən sonra İsmayılov öz ambisiyalarını yumşaltmayıb, meqalayihələrə sadəcə pul çatmırdı.

"Komersant” yazır ki, milyarderin bəzi aktivləri "ABB-Moskva” filialı ilə Azərbaycan Beynəlxalq Bankının nəzarəti altına keçib.

Milyarderə həsr edilmiş materialda qeyd olunana görə, İsmayılov gözlənilmədən aşkar edib ki, Rusiyada dostu az, düşməni isə çoxdur.

"İsmayılovun əsas problemi onun dost münasibətlərini necə anlamasındadır”, - onun keçmiş tərəfdaşlarından biri belə hesab edir.

"Əgər ona kim isə lazım idisə və ya sadəcə xoşuna gəlirdisə, o həmin adamı özünə yaxınlaşdırır, şərq üslubunda onu qızıl, birlyantdan hədiyyələrə qərq edirdi. Onun çevrəsində hamı buna alışıb, və onun ətrafında tez bir zamanda narazıçılıq başlayırdı – ona çox düşdü, mənə az. İnciyən isə tezliklə İsmayılova nifrət həddinə çatırdı. O, bu yol ilə özünə çox düşmən qazanıb. Havayı pullar bitdikdə isə hədiyyələr də bitdi və məlum oldu ki, ətrafda yaxın adamlar yoxdu”, - həmsöhbət izah edib.

"İsmayılov bütün aktivlərini Çerkizov bazarında qazanılan pulların hesabına alıb, onun işi zamanı pul ilə problem yox idi. Bu axının olmadığı və pulun heç də asan qazanılmadığı meydana çıxanda, İsmayılovun biznesi pis vəziyyətə düşdü”, - sabiq Moskva məmuru hesab edir. Yeni aktivlər - Voentorq, "Praqa” restoranı, Mardan Palace, Çerkizov bazarı ilə müqayisə ediləcək gəlir gətirmirdi.

"Komersant”ın məlumatına əsasən, İsmayılovun "AST Qof” oteli və Nikitinsk bulvarında mehmanxana kompleksi layihəsi borc üzündən Azərbaycan Beynəlxalq Bankının strukturlarının nəzarətinə keçib.

"ABB-Moskva”-nın strateji inkişaf idarəsinin rəisi Leonid Mileyev "Vedomosti”yə bəyan edib ki, bankın AST qrupu ilə kommersiya münasibəti olmayıb və şərh üçün Azərbaycanın baş bankına müraciət etməyi məsləhət görüb.

ABB "Vedomosti”-nin suallarına cavab verməyib. Amma Moskva Memarlıq Şurasına təqdim edilmiş sənədlərə görə, 2013-cü ildə Nikitinsk bulvarında layihənin sifarişçisi ABB-yə yaxın şirkət "Fortrast qlobal” olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol