“Elektron hökumət” portalı vasitəsilə lisenziyalar elektron formada verilir

"Elektron hökumət" portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyalar elektron formada verilir.
"Ictnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) Texniki təchizat və proqram təminatı şöbəsi müdirinin müavini Qabil Abbasov məlumat verib. MTN-in təqdim etdiyi elektron xidmətlər haqqında danışan şöbə müdiri vurğulayıb ki, hazırda təmsil etdiyi nazirlik 12 xidmət üzrə fəaliyyəti elektron formada həyata keçirir. Onun sözlərinə görə, nazirliyin layihəsi olan elektron naviqator – "GoMap.az" xəritəsinə yeni xidmətlər inteqrasiya edilib. İlin sonunadək nazirliyin 147 çağrı xətti tam istifadəyə veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























