• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın dörd aviaşirkəti Azərbaycana uçuş həyata keçirəcək

Rusiyanın dörd aviaşirkəti Azərbaycana uçuş həyata keçirəcək
22.10.2015 15:57
Azərbaycana reysləri Yamal, Taymır, Komiaviatrans və Ural Hava Yolları edəcək

Azərbaycana uçuş həyata keçirmək üçün Rusiyanın dörd aviaşirkətinə icazə verilib. "Report" "Qafqaz düyünü"nə istinadən xəbər verir ki, "Yamal", "Taymır", "Komiaviatrans" və "Ural Hava Yolları" 14 marşrut üzrə Azərbaycana reyslər təşkil edəcək.

"Yamal" aviaşirkəti indi 10 marşrut üzrə uçuşlar həyata keçirmək hüququna malikdir. Bura Kazan-Bakı, Moskva-Lənkəran, Ufa-Bakı, Perm-Bakı, Çelyabinsk-Bakı, Soçi-Bakı, Krasnoyarsk-Gəncə, Samara-Bakı, Nijnı Novqorod-Bakı, Sankt-Peterburq-Lənkəran reysləri daxildir. Bu barədə məlumat oktyabrın 20-də daşıyıcıların beynəlxalq daşınmalar həyata keçirməsi üzrə idarələrarası komissiyanın protokolunda göstərilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytında yerləşdirilən sənəddə göstərildiyi kimi, Moskva-Zaqatala, Moskva-Qəbələ və Moskva-Lənkəran marşrutları üzrə uçuşları "Taymır" aviaşirkəti həyata keçirəcək. Reyslər həftədə üç dəfə, "Boeing 737" təyyarələri vasitəsilə həyata keçiriləcək.
"Komiaviatrans" şirkəti Kaluqa-Bakı, Nijni Novqorod-Bakı, Samara-Bakı marşrutları üzrə reyslər təşkil etməyə icazə alıb. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. Aviaşirkət "Embraer ERJ 145" təyyarələrindən istifadə edir.

"Ural Hava Yolları" isə Kazan-Bakı reysi üzrə həftədə beş dəfə uçuş həyata keçirməyə icazə alıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol