• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” hər kəsi məhdudiyyətlərə #meydanoxu deməyə çağırır

“Bank of Baku” hər kəsi məhdudiyyətlərə #meydanoxu deməyə çağırır
27.10.2015 13:53
26 oktyabr 2015-ci il tarixində, Bank of Baku fiziki əlilliyi olan şəxslərə dəstək olmaq üçün icrasına başladığı "Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi açılış mərasimini həyata keçirdi.

Hilton Baku hotelində baş tutan rəsmi açılış mərasimində layihə iştirakçıları, təlimçilər, tərəfdaş şirkətlərin məsul şəxsləri, KİV nümayəndələri və eləcə də məhdudiyyətlərə baxmayaraq uğur əldə edə bilən və öz uğurları ilə iştirakçılar üçün əsl örnək olan qonaq spikerlər də iştirak edirdi.

Rəsmi açılış mərasimindən sonra layihə iştirakçıları Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov tərəfindən "Psixologiya və Motivasiya” mövzusunda təlimdə iştirak ediblər.

Ümumilikdə 37 nəfər fiziki əlilliyi olan şəxsi əhatə edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər: 1) Bloqçuluq (26-31 oktyabr); 2) Sosial şəbəkələrin idarəedilməsi (2-7 noyabr); 3) Şəbəkə administratorluğu (9-14 noyabr); 4) Məlumat Mərkəzi İşi (16-21 noyabr).

Bank of Baku təlimləri uğurla bitirən hər bir şəxsin işlə təmin olunmasına çalışmaqla yanaşı, bilavasitə onların cəmiyyətə re-inteqrasiya olunmalarına da dəstək olmağı nəzərdə tutur.

Qeyd edək ki, cəmiyyətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısını artırmaq məqsədilə Bank of Baku layihənin davam edəcəyi 1 ay ərzində öz rəsmi sosial şəbəkələrində #meydanoxu həştəqi ilə sosial şəbəkə iştifadəçilərini də məhdudiyyətlərə meydan oxumağa çağıracaq.

Layihənin icrasında Bank of Baku ilə birlikdə məhdudiyyətlərə meydan oxuyan tərəfdaş qurumlar arasında "Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Hilton Baku hoteli, Shamans Creative Bureau, Prosper Digital Agency, Sultan’s Restaurant, BrandUp Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo və "Taksi sifarişi xidməti – 189” şirkətini qeyd etmək lazımdır.

Layihənin gedişatı ilə bağlı bütün xəbərləri bankın rəsmi sosial şəbəkələrindən və internet ünvanından http://www.bankofbaku.com/ əldə edə bilərsiniz.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol