• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən bahalı və ən ucuz mənzillər bu rayonlardadır...

Bakıda ən bahalı və ən ucuz mənzillər bu rayonlardadır...
29.10.2015 21:10
Bu ilin sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz mənzillərin orta təklif qiyməti 3,09 faiz azalaraq 1 037 dollar/кv.m-dən 1 005 dollar/кv.m-ə, milli valyuta ilə isə 3,13 faiz azalaraq 1 087 manat/кv.m-dən 1 053 manat/кv.m-ə düşüb.

Modern.az saytı "MBA Consulting Group” şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən bildirir ki, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini, ümumi portfelin 65 faizini 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir. Qiyməti 1 000-1 500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28 faizdir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 dollar/kv.m və 1 140 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7 faizini isə qiyməti 1 500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edib, burada qeydə alınan orta qiymət isə 2 080 dollar/kv.m olub.

Məlumatda qeyd edilib ki, ilkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satışa təklif olunan ilkin qiyməti 3200 dollar/kv.m təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində (104 kv.m olan 2 otaqlı yeni tikili mənzil, 400 dollar/kv.m) qeydə alınıb.

Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalıb, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artıb.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1 005 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya (59.0 faiz) malik olub. Bazara təklif olunan yeni tikili mənzillərin orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 dollar, mənzilin orta qiyməti isə 122 300 dollar təşkil еdib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol