• $
  • €
  • ₽
  • ₺
  • £

TAP Yunanıstanda ən iri investisiya layihəsi oldu

TAP Yunanıstanda ən iri investisiya layihəsi oldu
12.11.2015 14:34
Bu layihə vasitəsi ilə Yunanıstana son bir neçə ilin ən böyük investisiyası yatırılır və onun həcmi 1,5 mlrd. avro civarındadır

Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına 2016-cı ilin aprel ayında başlanılması gözlənilir. "Report"un yunan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə TAP konsorsiumundan məlumat verilib.

Məlumata görə, bu layihə vasitəsi ilə Yunanıstana son bir neçə ilin ən böyük investisiyası yatırılır və onun həcmi 1,5 mlrd. avro civarındadır.

Almaniyanın metal və texnologiya şirkəti olan "Mannesmann" artıq layihənin lokal müqavilələrini də təmin edib. Bu şirkətlər sırasında Yunanıstanın "Corinth Pipeworks" şirkəti də var ki, onun təklif etdiyi təchizat və nəqliyyat xərcləri daha azdır.
Konsorsium tikinti işlərinin başlanması üçün verilən lisenziyalarla bağlı problemlərin aradan qaldırılacağına inandığını qeyd edib. Xüsusən də onlar bu məsələ ilə bağlı Yunanıstan Energetika Nazirliyi ilə aparılan danışıqların uğurla yekunlaşacağına inandıqlarını açıqlayıblar.

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Xatırladaq ki, əsas inşaat işləri gələn il başlanılacaq TAP layihəsi üzrə Avropaya ilk Azərbaycan qazı 2020-ci ilin əvvəlində çatacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol