• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında

“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında
27.11.2015 17:31
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "World Communication Awards” (Ümumdünya Kommunikasiya Mükafatı) adlı mötəbər mükafatda "İlin texniki direktoru” kateqoriyası üzrə 7 finalçı arasında şirkətinin baş texniki direktoru Yiğit Berktaşın adının yer alması ilə qürur duyur.

"Total Telecom” təşkilatı tərəfindən təşkil olunan "World Communication Awards” dünya telekommunikasiya sahəsində təşkil olunan ən nüfuzlu mükafatlardan biridir. Telekommunikasiya sahəsinin təntənəli tədbirlərindən olan təqdimetmə mərasimində şirkətlər tərəfindən müvafiq sahədə innovasiyaların tətbiqi, əldə edilən nailiyyətlər və yüksək fəaliyyət nəticələri qiymətləndirilir və dünyaya tanıdılır.

Mükafat qalıbinin adı dekabrın 1-də İngiltərənin London şəhərində yerləşən Uembli stadionunda keçiriləcək və telekommunikasiya sənayesində çalışan 5000-dən artıq rəhbər işçinin iştirak etdiyi təntənəli şam yeməyində açıqlanacaq. 

Son bir neçə il ərzində Bakcell şirkəti öz şəbəkəsinin inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Şirkətin Müştəri Təcrübəsinin İdarə Edilməsi sistemi qoyulan investisiyaları düzgün planlaşdırmaq və müştəri məmnuniyyətinin artırılması istiqamətində prioritet sahələri müəyyən etmək üçün əsas alət kimi xidmət edir. Bu platforma vasitəsilə xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş önləyici tədbirlər görmək imkanına malik olan Bakcell şirkəti daha yüksək keyfiyyətli xidmətlər göstərir və planlaşdırılmış marketinq kampaniyalarını həyata keçirir. Data trafikinin idarə edilməsi sisteminə qoyulan investisiya müştəriyönümlü, həqiqətən fərdiləşdirilmiş data məhsulları, yeni tariflər və innovativ xidmətlər təqdim etmək üçün geniş imkanlar yaradır. Bu, Bakcell şirkətinin gələcəyinə və sabahın informasiya xidmətlərinə qoyulan bir sərmayədir. Bu və başqa layihələr Bakcell şirkətini Azərbaycanın telekommunikasiya sahəsində texnologiya liderinə çevirir. 

Finalçılar və mükafatlar haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz:  http://www.totaltele.com/view.aspx?C=0&ID=491755 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol