• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vahid bankomat şəbəkəsi yaradıla bilər

Azərbaycanda vahid bankomat şəbəkəsi yaradıla bilər
30.11.2015 14:20
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun ilk iclası keçirilib.

ABA-dan "APA-Economics”ə verilən məlumata görə, qrupun yaradılmasının əsas məqsədi müştərilərin maliyyə vəsaitlərinə və innovativ bank məhsullarına çıxışının asanlaşdırılması, onlara göstərilən bank xidmətlərinin maya dəyərinin aşağı salınması və müştəri məmnunluğunun təmin edilməsi imkanlarının araşdırılmasından ibarətdir.

Bunu əsas tutaraq, qrup öz fəaliyyətində Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə xarici təcrübənin - qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsinə hədəflənməyi planlaşdır. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi də qrupun prioritet vəzifəsidir.
 
ABA-nın ofisində baş tutan bank nümayəndələrinin iştirak etdiyi ilk iclasda vahid ATM şəbəkəsinə dair beynəlxalq təcrübə, nağdsız ödənişlərin inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib və prioritet istiqamətlər sahəsində fikir mübadiləsi aparılıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol