Son bir ildə ev hansı ölkədə daha çox bahalaşıb?

Dünya miqyasında araşdırmalarla məşğul olan "Knight Frank” daşınmaz əmlak agentliyi rüblük hesabat (Global House Price İndex) yayıb. Transparency.az xəbər verir ki, hesabata görə, 2014-cü ilin üçüncü rübü ilə müqayisədə evin qiymətinin ən çox yüksəldiyi ölkə Türkiyədir. Bu ölkədə 18,9% bahalaşma qeydə alınıb.
İl ərzində Honkonqda ev 16,7%, Yeni Zelandiyada 12,6%, İsveçdə 11,1%, Lüksemburqda 10,1% bahalaşıb.
Keçmiş SSRİ məkanında evin ən çox bahalaşdığı ölkə Estoniyadır: 9,1%. Qazaxıstanda 8,7%, Latviyada 1,4%, Rusiyada 1,2% bahalaşma olub.
55 ölkənin yer aldığı reytinq cədvəlinə əsasən, 10 ölkədə ev ucuzlaşıb. Ən çox ucuzlaşma Ukraynada gedib: 14,8%.
Kiprdə 5%, Yunanıstanda 4,9%, Sinqapurda 4,3%, İtaliyada 3%, Fransada 2,9%, Çində 2%, Yaponiyada 0,7%, Portuqaliyada 1% ucuzlaşma qeyd edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























