Azərbaycan AÇG və "Şahdəniz" layihələrindən 6,56 mlrd. dollar qazandı

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan mənfəət nefti və "Şahdəniz" qaz kondensat yatağından hasil olunan qazın satışından 6 560 mln. ABŞ dolları daxil olub.
Dövlət Neft Fondundan "Report"a verilən məlumata görə, hesabat dövründə AÇG layihəsi üzrə Fonda 6 258 mln. dollar, "Şahdəniz" layihəsi üzrə isə 302 mln. dollar həcmində vəsait daxil olub.
Ümumilikdə isə, indiyədək ARDNF-in bu layihələr üzrə daxilolmaları müvafiq olaraq 116 409 mln. dollar və 2 422 mln. dollar təşkil edib.
Qeyd edək ki, AÇG yataqları üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə ilə AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarına ixrac edilir.
AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7%) şirkətləri iştirak edir.
"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə saziş isə 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz"də BP (operator – 28,8%), AzŞD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%) şirkətləri iştirak edir. "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır