• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə güzəşt etməklə nə qazanacaq? - AÇIQLAMA

Azərbaycan Türkiyəyə güzəşt etməklə nə qazanacaq? - AÇIQLAMA
02.12.2015 17:25
 
Rusiya ilə Türkiyə arasında münasibətlər pozulandan sonra, Rusiya türk məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub. Bundan başqa, Rusiya öz ərazisindən  Türkiyənin tranzit kimi istifadəsinə də qadağa qoyub.  Bunun nəticəsində Orta Asiyaya yük aparan Türk tırları bir müddət Gürcüstan-Rusiya sərhədində ilişib qaldı.  Yalnız İlham Əliyev göstəriş verəndən sonra, türk tırlarının Azərbaycandan keçməsi təmin edildi. Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana tranzit keçidini həyata keçirmək istəyən Türkiyəyə məxsus tırlar bundan sonra Xəzər dəhlizindən istifadə edəcəklər.
 
Azərbaycan tərəfinin Türkiyə üçün etdiyi güzəşt, yəni Türkiyə tırlarının Azərbaycan ərazisindən keçməsinə razılıq veriləndən sonra Rusiya Azərbaycan münasibətləri dəyişəcəkmi? Bundan sonra Rusiya Azərbaycana hansısa təzyiq edə bilərmi? Türkiyəyə edilən güzəştin Azərbaycana əlavə qazanc mənbəyi kimi dəyərləndirilməsi düzgündürmü?  
 
Bu məsələləri iqtisadçı ekspertlər ANN.Az-a şərh etdilər.
 
İqtisadçı ekspert Oqtay Haqverdiyev açıqlamasında Azərbaycanın Türkiyəyə etdiyi güzəştin qazanc mənbəyi kimi dəyərləndirilməsiylə razılaşmadığını vurğuladı:  "Azərbaycan tərəfi Türkiyə tırlarının ölkə ərazisindən keçməsinə görə 20% güzəşt edib. Amma burada Azərbaycan iqtisadiyyatı üçün qazanc məsələsindən söz açmaq düzgün olmazdı. Çünki bu vəziyyətdə ölkələr arasında tamam başqa proseslər gedir. Bu geosiyasi oyundur. Bu oyunda da biz öz yerimizi bilməliyik. Bizi Türkiyə kimi dəstəkləyən başqa bir dövlət yoxdur. Hətta Asiyada olan türkdilli ölkələr belə Azərbaycana istənilən dəstəyi göstərmirlər. Buna görə də Azərbaycan tərəfi belə bir vaxt da hansı ölkənin yanında olduğunu açıq-aşkar göstərməlidir. Türkiyəyə əlindən gələn köməkliyi etməlidir”.  
 
Ekspert əlavə etdi ki, Azərbaycan Türkiyəyə güzəşt etdiyinə görə, Rusiyadan təzyiqə məruz qalacağını düşünmür. Azərbaycan məhsullarının Rusiyada qadağayla üzləşəcəyi də real deyil: "Çünki Rusiyaya Azərbaycandan meyvə tərəvəz gedir. Əgər bu addım atılarsa, Rusiya öz xalqına əziyyət vermiş olar. Bundan başqa,  Türkiyə məhsulları ora getmədiyi üçün ruslar Azərbaycanla iqtisadi əlaqələrini pozmazlar. Ruslar iki ölkə arasında münasibətlərin pozulmasından sonra, Azərbaycan məhsullarının Rusiya bazarına ixrac prosesini daha da artırıblar. Bu da Rusiyada Azərbaycan məhsullarına ehtiyac olduğunu açıq şəkildə göstərir”.  
 
Məsələyə münasibət bildirən digər iqtisadçı Nazim Məmmədov isə açıqlamasında belə məsələlərə ən çox iqtisadi tərəfdən baxılmasının xeyirli olduğunu deyib: "İstənilən tranzit ölkə tariflərə baxmalı və nizamlamalıdır. Yəni hansı qiymət hansı ölkəyə uyğundur və s. Qiymət məsələsinə baxılmasının əsas səbəbi alternativ marşurutların öz tərəfinə çəkilməsi və əlavə gəlir əldə edilməsini təmin etməkdir. Bu məsələyə ancaq iqtisadi tərəfdən baxılmasının tərəfdarıyam. Yəni əgər tarif yüksəkdirsə, digər ölkələrdən istifadə edilməlidir. Misal üçün İran Gürcüstana məhsul aparmaq üçün Ermənistan vasitəsilə bu prosesi həyata keçirir. Buna səbəb isə Azərbaycan tərəfinin tranzit qiymətinin baha olmasıdır. Bütün bu məsələlərə kompleks yanaşılmalıdır. Qonşu dövlətlər arasında münasibətlərin sivil qaydada həll olunmasının tərəfdarıyam. Ancaq bu məsələlərdə yalnış anlaşılmanın tərəfdarı deyiləm. Çünki bu iqtisadi mübarizədir. Ölkəmiz bu addımı atmaqla düzgün edib. Yəni tranzit ölkə olaraq tırların buradan keçməsinə icazə verib. Bu qardaşlıq, qonşu dövlət olmaqla yanaşı, iqtisadi baxımdan da Azərbaycan üçün xeyirlidir.”
 
İqtisadçının sözlərinə görə, Azərbaycanın Türkiyəyə güzəşt etməsi Rusiyanın Azərbaycan münasibətlərinə hansı dərəcə də təsir edəcəyini indidən demək düzgün olmaz: "Bu barədə indidən proqnoz verməkdə fikrimcə düzgün deyil. Çünki Rusiyanın bugün dost qardaş dediyi ölkəyə sabah təyyarələrlə hücum edir. Ukraynada baş verənlər də buna bariz nümunədir. Yəni Azərbaycanla münasibətlərin pisləşib, ya pisləşməyəcəyi barədə indidən söz demək olmur”.
 
Orxan Aslanlı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol